“Erasmus+ PICASP” layihəsinin yerli tərəfdaşları ilə görüş

“Erasmus+ PICASP” layihəsinin yerli tərəfdaşları ilə görüş Xəzər Universitetinin tərəfdaş olduğu “Erasmus+ PICASP” layihəsi çərçivəsində yerli tərəfdaş universitetlərin virtual görüşü keçirilib.
Görüşdə “Erasmus+ PICASP” layihəsi çərçivəsində fəaliyyətin həyata keçirilməsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bundan əlavə, layihənin koordinatoru və digər tərəfdaşları ilə bərabər keçiriləcək növbəti virtual görüşdə müzakirə ediləcək məsələlər haqqında danışılıb.
Görüşdə Xəzər Universitetinin əməkdaşları ilə yanaşı Azərbaycan Turizm və Menecment Universitetinin və Miras İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər