BDU-da Erasmus+ mübadilə proqramı çərçivəsində ilk görüş

BDU-da Erasmus+ mübadilə proqramı çərçivəsində ilk görüş Bakı Dövlət Universiteti ilə (BDU) Berlin Texniki Universiteti arasında Erasmus+ mübadilə proqramı çərçivəsində ilk görüş keçirilib.
Onlayn görüşdə “Sahilyanı ərazilərdə iqlim dəyişmələrinə adaptasiya tədbirləri üzrə məkan-zaman mühəndisliyi istiqamətində yeni tədris kurslarının yaradılması” ("New courses in geospatial engineering for climate change adaptation of coastal ecosystems") adlı layihə müzakirə olunub.
Görüşdə layihənin koordinatoru, BDU-nun Coğrafiya fakültəsinin müəllimi Aytən Məhərrəmova-İmanova sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsi mövzusunda, həmçinin layihənin perspektivləri barədə müzakirələrdə iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər