Növbəti “GRE: General Test” imtahanı keçiriləcək

Növbəti “GRE: General Test” imtahanı keçiriləcək Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı avqustun 25-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
İmtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.
“GRE General Test” imtahanı haqqında ətraflı məlumat DİM-in internet səhifəsində yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər