Donald Trampda geri qaytarmalı olduğu 300 məxfı sənəd aşkarlanıb

Donald Trampda geri qaytarmalı olduğu 300 məxfı sənəd aşkarlanıb ABŞ-ın hakimiyyət orqanları sabiq prezident Donald Trampda, o cümlədən onun Floridadakı iqamətgahında 300-ə yaxın məxfı sənəd aşkarlayıblar.
“Hökumət Donald Trampda ümumilikdə 300-dən çox “məxfi” qrifli sənəd tapıb. Sənədlərin ilk partiyası yanvarda aşkarlanıb, daha bir hissəsi iyun ayında Trampın köməkçiləri tərəfindən Ədliyyə Nazirliyinə təqdim olunub, bu ay isə FTB bir sıra materiallar götürüb”, - deyə qəzet yazır.
Mənbələr dəqiqləşdirir ki, Milli arxivlər və sənədləşdirmə idarəsi sabiq prezidentdən məxfi informasiyalı 150 sənəd götürmüşdü. Bu miqdar Ədliyyə Nazirliyində ciddi narahatlıq doğurub, avqustda cinayət təhqiqatına başlamasına və FTB tərəfindən Donald Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahında axtarış aparılmasına əsas verib. Axtarış nəticəsində 26 qutuda “məxfi” işarəli 11 komplekt materiallar tapılıb.
Qəzet bildirir ki, ABŞ Ədliyyə Nazirliyi təhqiqatı davam etdirir. Bu, məmurların Trampın Ağ evdən götürdüyü heç də bütün prezident sənədlərinin bərpasına əmin olmadığını göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər