NATO ölkələrinin Baş Qərargah rəisləri bu ölkədə görüşəcək

NATO ölkələrinin Baş Qərargah rəisləri bu ölkədə görüşəcək NATO ölkələrinin Baş Qərargah rəisləri sentyabrın 16-18-də Estoniyanın paytaxtı Tallində görüşəcək.
NATO Hərbi Komitəsinin iclasları çərçivəsində danışıqlar aparacaq qərargah rəisləri iyun ayında Madrid Zirvə toplantısında müdafiə və çəkindirmə ilə bağlı qəbul edilən qərarların icrasını müzakirə edəcəklər.
NATO Hərbi Komandanlığının rəhbəri admiral Rob Bauerin sədrliyi ilə keçiriləcək görüşlərdə NATO-nun İraqdakı Missiyasının və Kosovodakı Qüvvələrinin (KFOR) fəaliyyəti müzakirə olunacaq.
NATO-ya üzvlük üçün müraciət etmiş İsveç və Finlandiyanın Baş Qərargah rəisləri də ilk dəfə qonaq qismində iclasda iştirak edəcəklər.
Qeyd edək ki, NATO Hərbi Komitəsinin iclasları ildə iki dəfə Brüsseldəki qərargahında, bir dəfə də müttəfiq ölkə tərəfindən keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər