NATO baş komandanı Rusiya Baş Qərargah rəisi ilə Bakıda keçiriləcək görüşü barədə danışıb

NATO baş komandanı Rusiya Baş Qərargah rəisi ilə Bakıda keçiriləcək görüşü barədə danışıb NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır.
Bunu NATO-nun Hərbi komitəsinin sessiyası zamanı K.Skaparotti özü deyib.
Onun sözlərinə görə, bu görüşün keçirilməsi ilə bağlı razılıq sentyabrda əldə olunub: “Hazırda bu görüş təşkil olunur”.
Qeyd edək ki, bir müddət əvvəl Qərb mətbuatı Kertis Skaparotti ilə Valeri Gerasimovun 2018-ci ilin yanvarında Bakıda görüşəcəklərini bildirmişdi.

Təhsil-press.az

Oxşar xəbərlər