Kopenhagen Universitet Kollecinin alimləri ADPU-da pedaqoji prosesin təhlili mövzusunda seminar keçiblər

Kopenhagen Universitet Kollecinin alimləri ADPU-da pedaqoji prosesin təhlili mövzusunda seminar keçiblər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzi tərəfindən Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) mütəxəssisləri ilə birgə pedaqoji prosesin təhlili, auditoriyanın idarə edilməsi mövzusunda seminar təşkil edilib.
Seminar UCC-nin mütəxəssisləri Peter Mikael Hansen, Klaus Bruun və Jesper Haydeman Langhoff tərəfindən keçirilib.
Seminarda mövzu və fənlərlə əlaqəli nümunələr, didaktika, təhsildə davamlılıq aspektləri, Danimarka məktəbi və təhsil sistemi ilə bağlı mövzulara toxunulub.
Sonda mövzu ilə bağlı suallar səsləndirilib, müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər