Yer kürəsini maqnit qasırğası əhatə edəcək: Tarixlər açıqlandı

Yer kürəsini maqnit qasırğası əhatə edəcək: Tarixlər açıqlandı Maqnit qasırğası, xroniki xəstələrin, yaşlıların və meteohəssas insanların səhhətini ciddi şəkildə poza bilər. Qasırğa zamanı bir çox insanlar baş ağrısı, başgicəllənmə, halsızlıq, ürək bulanması, yüksək təzyiqdən şikayətlənirlər.
Avqustun son həftəsində Yer kürəsini iki günlük maqnit tufanı bürüyəcək. Təbiət hadisəsi avqustun 28-i və 29-da baş verəcək. Qasırğa öz gücü baxımından zəif olacaq. Avqustun 27-də, fırtına ərəfəsində isə Günəşin aktivliyi artacaq.
Həmçinin, sentyabrın 3-dən 5-dək daha bir maqnit qasırğası gözlənilir. Sentyabrın 6, 7 və 8-də Günəşin aktivliyi adi haldan bir qədər yüksək olacaq.
Qeyd edək ki, maqnit qasırğaları Günəşin səthindəki partlamalar nəticəsində Yerin maqnit sahəsində yaranan pozğunluqlardır.

Tehsil-press.az

Oxşar xəbərlər