Maqnit qasırğası PROQNOZU verildi, nə qədər davam edəcək? - Rəsədxanadan cavab

Maqnit qasırğası PROQNOZU verildi, nə qədər davam edəcək? - Rəsədxanadan cavab İyunun 10-12-də geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir.
Bu barədə Tehsil-press.az-a AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Rəsədxanadan bildirilib ki, iyunun 10-11-də maqnit qasırğasının yaranması ehtimalı 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.
Ümumilikdə iyunun 10-12-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Proqnoz dövründə Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək. Əsasən 11-12 iyunda Günəş küləyinin güclənəcəyi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər