Mağazada qadına yaxınlaşıb uşağını pulla almaq istədi

Mağazada qadına yaxınlaşıb uşağını pulla almaq istədi Floridada (ABŞ) yaşlı kişi mağazada bir qadından uşağını pulla almaq istəyib. O, qızı müqabilində anaya 100 min dollar (170 min manat) təklif edib. Hadisə Port-Orinc şəhərində baş verib.
85 yaşlı Hellmut Kolb əvvəlcə qadına yaxınlaşaraq, yanında duran səkkiz yaşlı qızının çox gözəl olduğunu deyib.
“Sonra uşaq sahibi ola bilməyəcəyini, amma bunu çox istəməyindən danışdı, ardınca qızımı 100 min dollara almaq istəydiyini dedi”, - deyə qadın olanları xatırlayıb.
O, bu vəziyyətdən şoka düşdüyünü bildirib.
Lakin qadın özünü ələ alaraq dərhal polisə müraciət edib və kişi saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər