Arvadını qısqanan ərdən QANDONDURAN CİNAYƏT

Arvadını qısqanan ərdən QANDONDURAN CİNAYƏT Həyat yoldaşını qısqanan kişi onu 12 yerindən bıçaqlayıb.
Hadisə Rusiyada baş verib. 31 yaşlı İ.Aleksandroviç 24 yaşlı həyat yoldaşını qısqandığını deyərək mübahisə edib. Mübahisə zamanı mənzildə cütlük və 8 aylıq körpə uşaq olub. Əsəblərinə hakim ola bilməyən kişi mətbəxdən bıçağı götürərək həyat yoldaşına 12 bıçaq zərbəsi vurub.
Hadisədən xəbər tutan qonşular təcili yardıma və polisə xəbər verib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilib.
31 yaşlı kişi polislər tərəfindən saxlanılıb. Haqqında qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb. Onun 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb eidlib.

Tehsil-press.az

Oxşar xəbərlər