Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən noyabrın 22-23-də keçiriləcək “Dünya və teatr Qodonu gözlərkən” mövzusunda onlayn beynəlxalq teatr konfransına məruzə qəbulu aparılır.
Konfransda iştirak etmək istəyənlər ərizə və məruzələrini elektron formada oktyabrın 15-dən gec olmayaraq [email protected] ünvanına göndərməlidirlər.
“ADMİU 99+” layihəsi çərçivəsində təşkil ediləcək konfrans universitetin 100 illik yubileyinə həsr olunacaq.
Konfransın məqsədi dünya və teatr “Qodonu gözlərkən” vəziyyətinə düşmüşkən reallıqda nə baş verdiyini, hansı proseslər getdiyini, teatr sənətini hansı perspektivlər gözlədiyini, müasir zaman kontekstində teatr vektorunun hansı səmtə istiqamətləndiyini, qismən də olsa aydınlaşdırmaq və çoxsaylı suallara səslər, fikirlər polifoniyasında cavab axtarmaqdır.
Təşkilat komitəsi bu suallara cavab tapmaq istəyən bütün mütəxəssisləri, həmçinin doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edir. “Zoom” platforması üzərindən keçiriləcək konfransın işçi dilləri Azərbaycan, rus, fars, türk və ingilis dilləridir. Konfransın linki tədbirdən bir neçə gün əvvəl iştirakçıların e-mail ünvanına göndəriləcək. Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları qəbul etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat oktyabrın 20-dək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq. Qəbul edilmiş məruzələrin konfransdan sonra PDF formatında toplu halına salınması və iştirakçıların e-mail ünvanına göndərilməsi nəzərdə tutulur.
Konfrans haqqında daha ətraflı məlumat və məruzənin tərtibi qaydaları ADMİU-nun rəsmi saytında yerləşdirilib.
Tehsil-press.az