“Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda respublika elmi konfransına məruzə qəbul olunur

“Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda respublika elmi konfransına məruzə qəbul olunur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda keçiriləcək IV respublika elmi konfransına məruzə qəbulu davam edir.
ADMİU-nun 100, muzeyşünaslıq ixtisası üzrə mütəxəssislərin buraxılışının 25 illiyinə həsr olunan konfrans dekabrın 16-da keçiriləcək. Konfrans muzey təhsili - nəzəriyyə və təcrübə, Azərbaycanda muzey işinin öyrədilməsinin yeni istiqamətləri və digər məsələlərə həsr olunub.
Konfransda iştirak etmək istəyənlər məruzələrini noyabrın 7-dən gec olmayaraq Azərbaycan, ingilis və rus dillərindən birində A4 formatlı kağızda çap olunmuş, müəlliflər tərəfindən imzalanmış şəkildə bir nüsxədə, surəti elektron daşıyıcıda olmaqla və ya [email protected] e-mail ünvana göndərilməklə Təşkilat Komitəsinə təqdim etməlidir.
Təşkilat Komitəsi konfransın mövzusuna uyğun gəlməyən və qoyulan tələblərə cavab verməyən məruzələrin qəbul edilməməsi hüququnu özündə saxlayır. Qəbul edilmiş məqalələrin nəşri ödənişlidir. Konfrans materialları toplu halında tədbirin sonunda iştirakçılara təqdim olunacaq.
Konfransda iştirak və məruzənin tərtibi qaydaları ilə ADMİU-nun saytında ətraflı tanış olmaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər