ADMİU-da “Şuşa İli” çərçivəsində keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir

ADMİU-da “Şuşa İli” çərçivəsində keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransa məqalə qəbulu davam edir.
“Şuşa İli” çərçivəsində oktyabrın 28-də təşkil olunacaq konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir.
Konfransda iştirakla bağlı məlumat və məqalə avqustun 28-dək elektron formatda medeniirs2022@gmail.сom ünvanına göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.
Beynəlxalq konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.

Tehsil-press.az




Oxşar xəbərlər