Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibətilə konfrans keçiriləcək

Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibətilə konfrans keçiriləcək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) martın 4-də keçiriləcək “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusunda tələbə elmi konfransına məruzə qəbul olunur.
Konfransa qatılmaq istəyən tələbələr kağızda çap olunmuş və kurs rəhbərləri tərəfindən imzalanmış məruzələrini fevralın 25-dən gec olmayaraq ADMİU-nun Teatrşünaslıq kafedrasına təqdim etməlidirlər. Təşkilat komitəsi konfransın mövzusuna uyğun olaraq məruzələrin seçilməsi hüququnu özündə saxlayır.
Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən və əsasən III kurs tələbələrinin qatıldığı konfransda bu il digər fakültə və kurslardan da tələbələrin iştirakı planlaşdırılır. Konfransın “Çağdaş teatr dövr və sənətlərin sintezi paradiqmasında” mövzusuna həsr edilməsində məqsəd incəsənətin bütün sahələri üzrə mütəxəssislər hazırlayan ADMİU-nun digər fakültələrində təhsil alan tələbələri də vahid elmi problem ətrafında düşünməyə və münasibət bildirməyə cəlb etmək, fənlərarası inteqrasiyaya çalışmaqdır.
Universitetin 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində keçiriləcək konfrans, həmçinin elmə maraq göstərən tələbələrin həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinə yiyələnməsinə vəsilə olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər