Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən 2021-ci il martın 4-də “Azərbaycan mədəniyyəti kontekstində Sabit Rəhman mətnlərinin semantikası” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Bu ilin martında görkəmli yazıçı, dramaturq, ssenarist, tərcüməçi Sabit Rəhmanın anadan olmasının 110 ili tamam olub. S.Rəhman XX əsr Azərbaycan ədəbiyyatının, xüsusən də dramaturgiyasının, teatr və kino sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Ədibin yubileyinə həsr edilən konfransın məqsədi onun çoxşaxəli yaradıcılığını bir daha, fərqli baxış bucağından tədqiqat müstəvisinə çəkmək, mətnlərinin semantikasını araşdırmaq, Azərbaycan mədəniyyətində Sabit Rəhman fenomenini şərtləndirən amilləri müəyyən etməkdir.
Bunu nəzərə alaraq, Sabit Rəhman yaradıcılığı ilə məşğul olan teatr xadimləri, alim və mütəxəssislər, doktorant, dissertant və magistrantlar konfransda iştirak edə bilər. Arzu edənlər iştiraketmə ərizəsini və məruzəni elektron formada 2021-ci il fevralın 20-dən gec olmayaraq [email protected] elektron ünvanına göndərməlidir.
Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları dərc etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat 2021-ci il fevralın 28-dək müəllifə ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.
Qəbul edilmiş məruzələrin konfransdan sonra toplu halında nəşr edilməsi nəzərdə tutulur.
Konfrans haqqında elanın elektron formatı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin saytında tanış olmaq olar.
Tehsil-press.az