Ölümündən sonra da sevilən alim

Ölümündən sonra da sevilən alim Azərbaycan elminə öz nəşrləri ilə böyük töhfələr vermiş dəyərli ziyalımız, professor Tofiq Məmmədovun xatirəsi onun sevən dostlarının qəlbində yaşayır. Petrozavodsk Universitetinin Botanika Bağının direktoru, “Hortus Botanicus” jurnalının redaktoru Aleksey Proxorov AMEA-nın müxbir üzvü Dendrologiya İnstitutunun baş direktoru Tofiq Məmmədovun “Abşeronun Səməd Vurğun bağında bitkilərin ekspozisiyaları” adlı məqaləsini jurnalın 2022–ci il nömrəsində dərc etdirib.
Aleksey Proxorov ekspedisiya zamanı faciəli şəkildə həyatını itirən Azərbaycan alimi Tofiq Məmmədovun ideyaları, müdrikliyi haqqında fikirlərini jurnalda paylaşaraq alimin xatirəsini əziz tutub.
Qeyd edək ki, Tofiq Məmmədov “Hortus Botanicus” jurnalının redaksiya heyətinin üzvü idi.

Tehsil-press.az



Oxşar xəbərlər