Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov açaraq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyinin Azərbaycan xalqının tarixi və taleyində əvəzedilməz rola malik olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində daim cəmiyyətin gələcək tərəqqisi üçün çalışdığını, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğunu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartdığını vurğulayıb.
Daha sonra institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yorulmaz fəaliyyətdən söz açıb. O, Ümummilli Liderin milli–mənəvi dəyərlərinin qorunmasına bütün həyatını həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində əbədi məhəbbət qazandığını diqqətə çatdırıb.
Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tehsil-press.az