AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.
Elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli iclasın gündəliyində Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən “Türkologiya” jurnalının redaksiya heyətinin təsdiq edilməsi məsələsinin durduğunu diqqətə çatdırıb. Nadir Məmmədli jurnalın türk dünyasının köklü və nüfuzlu elmi nəşrlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, 1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1993-ci illərdə SSRİ EA-nın müxbir üzvü Əthəm Tenişev, 1993-2015-ci illərdə akademik Ağamusa Axundov, 2015-ci ildə akademik Tofiq Hacıyev, 2016-cı ildən 2022-ci ilə qədər akademik Kamal Abdulla “Türkologiya” jurnalının baş redaktorları olub.
Bildirilib ki, hazırda jurnalın mütəmadi şəkildə ildə iki sayı Azərbaycan, türk, rus və ingilis dillərində işıq üzü görür. “Türkologiya” jurnalı təkcə türkoloqlar üçün deyil, bütün elm sahələrinin nümayəndələri üçün maraqlı və oxunaqlı etməyi qarşısına məqsəd qoyub.
Sonra Elmi şuranın qərarı ilə professor Nadir Məmmədli “Türkologiya” jurnalının baş redaktoru, filologiya elmləri doktoru Mayıl Əsgərov baş redaktorun müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aysel Qəribli isə məsul katib vəzifəsinə təsdiq olunub.
Akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Gövhər Baxşəliyeva, Möhsün Nağısoylu, Nizami Cəfərov, professorlar Rüfət Rüstəmov, Mahirə Hüseynova, Qəzənfər Kazımov, İsmayıl Kazımov, filologiya elmləri doktorları İlhami Cəfərsoy, Zemfira Əliyeva və başqaları redaksiya heyətinin tərkibinə daxil ediliblər.
Tehsil-press.az