Bakı və İrəvan arasında razılaşma əldə olundu

Bakı və İrəvan arasında razılaşma əldə olundu Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.
İclasdan öncə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk Şahin Mustafayev və Mger Qriqoryanla görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb. Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.
Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.
Üçüncü görüşün razılaşdırılmış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.

Tehsil-press.az

Oxşar xəbərlər