Tələbələr sentyabrın 7-dən köçürüldükləri təhsil müəssisəsinə müraciət edə bilərlər

Tələbələr sentyabrın 7-dən köçürüldükləri təhsil müəssisəsinə müraciət edə bilərlər Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrindən köçürülməsi üçün ümumilikdə 2852 nəfərin müraciəti müsbət cavablandırılıb.
Köçürülməsinə icazə verilən 2410 nəfərdən 2310 nəfəri bakalavr, 14 nəfəri magistratura səviyyəsi üzrə, 86 nəfəri xarici ali təhsil müəssisələrindən, 442 nəfəri isə orta ixtisas təhsili müəssisələrindən köçürülənlər təşkil edir. Müsbət nəticə əldə etmiş şəxslər sentyabrın 7-dən etibarən köçürüldükləri təhsil müəssisəsinə müraciət etməlidirlər.
Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər