2022-ci ilin 5 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təlimlərinə start verilib.
Bir həftəlik təlimlərdə Universitetin müvafiq əməkdaşları ilə yanaşı, Mingəçevir şəhərində yerləşən təhsil müəssisələrinin nümayəndələri və gələcəkdə ali təhsil sistemində çalışmaq istəyən gənclər iştirak edirlər.
Təlimlərin keçirilməsində əsas məqsəd iştirakçıların ali təhsilin məzmunu, tədris və elmi fəaliyyətin əsas istiqamətləri, universitetlərin missiyası, Bolonya prosesinin yaratdığı reallıqlar və digər mövzularda bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Təlimlər MDU-nun təcrübəli inzibati və pedaqoji heyət üzvləri tərəfindən aparılır.
MDU-da artıq üçüncü dəfə ödənişsiz əsaslarla baş tutan təlimlərə çox böyük maraq vardır. Bu dəfəki təlimlərə 30-a yaxın gənc qoşulub. Təlimləri uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, sürətlə modernləşən MDU-da mövcud kadr potensialının artırılmasına və ali təhsil haqqında maarifləndirmə işinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.
Tehsil-press.az