Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına start verilib

Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına start verilib Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramına start verilib. Seçim mərhələsindən uğurla keçərək proqramda iştirak hüququ qazanmış 16 tələbə “Azərbaycan İES” də təlimlərə qatılıblar.
Proqrama uyğun olaraq, tələbələr noyabrın 22-dən dekabrın 6-dək “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzinin müasir texnologiyalar ilə təchiz olunmuş tədris auditoriyalarında təlimlərdə iştirak edəcək, istehsalatla yaxından tanış olacaq, səriştəli kadrların bilik və təcrübələrindən faydalanmaq imkanı əldə edəcəklər.
Bildirilib ki, sözügedən təlim-təcrübə proqramı bitdikdən sonra, MDU-nun təcrübəli akademik heyət üzvləri tərəfindən İES-in gənc əməkdaşları üçün müvafiq təlimlər keçiriləcəkdir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara müasir bilik və bacarıqların ötürülməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

Tehsil-press.az


Oxşar xəbərlər