BDU-nun Jurnalistika fakültəsində videomontaj təlimlərinə start verilib

BDU-nun Jurnalistika fakültəsində videomontaj təlimlərinə start verilib Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris teleradio studiyasında videomontaj təlimlərinə start verilib.
Studiyanın rəhbəri Ramin Rzayev təlimlərin əhəmiyyətini diqqətə çatdırıb.
Təlimçi, studiyanın videomontajçısı Sərdar Əsədzadə tələbələri montaj proqramları haqqında məlumatlandırıb, “Adobe Premier” proqramında işləməyin yollarını izah edib.
Sonra praktik iş aparılıb və tələbələrə müvafiq tapşırıqlar verilib.
Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrin praktik biliklərini artırmaq və peşə vərdişlərini formalaşdırmaqdan ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər