Müasir ekoloqların söylədikləri iqlim dəyişiklikləri şübhəsiz ki, bütün dünyaya təsir edəcək. Lakin hansısa ölkələr digərləri ilə müqayisədə müxtəlif səbəblər üzündən daha böyük zərbə altında qalacaq və bunun fonunda hazırda aktual olan su ehtiyatları böhranı əsas məsələyə çevriləcək.
Ekologiya məsələsi İran üçün həssas və əsas mövzudur, ölkənin su mənbələrinin vəziyyəti isə artıq narahatlıq doğurur. İranın ətraf mühit nazirliyi BMT-nin 2017-ci il hesabatında göstərilən və ölkəyə real təhlükələri – hərarətin artması, yağıntıların və əlçatan su ehtiyatlarının azalmasını etiraf edir. Hələ 2021-ci ildə İranın Ali lideri Ayətullah Əli Xamenei vətəndaşlara vəd edib ki, su rəhbərliyin əsas prioriteti olacaq və bu, təsadüfi deyil.
“Nature Scientific Journal” nəşrinin İrandakı su böhranına dair hesabatında göstərilir ki, 2002-2015-ci illərdə su mənbələrindən 74 milyard kubmetrdən çox su hasil olunub. Bu vaxta kimi belə presedent olmayıb. Qeyd olunub ki, bərpa üçün təxirəsalınmaz tədbirlər görülməklə min il vaxt lazım olacaq. İyunun 26-da Tehranda nəşr olunan “Hamshahri” qəzeti Təbii ehtiyatlar və su yığımı hövzələrinin idarə edilməsi Təşkilatının rəhbəri, doktor Abbasəli Nobaxta istinadən yazıb ki, İran 2025-ci ildə kəskin su böhranı, 2040-cı ildə isə su çatışmazlığı ilə üzləşəcək. Coğrafi olaraq İran Yer kürəsinin yüksək hərarət və yağıntılar həcminin yüksək olmadığı quru qurşağında yerləşir. Bu, əlçatan su resurslarını ölkənin inkişafının ən vacib məhdudlaşdırıcı amilinə çevirir. Qlobal araşdırmalar göstərir ki, İran kimi iqlim zonasında hərarətin 1 dərəcə artması məhsuldarlığı 10% azalda bilər, bu isə şübhəsiz ki, həm İranın iqtisadiyyatına, həm də ərzaq təhlükəsizliyinə təsir göstərir. İranın bəzi əyalətlərində, konkret olaraq şimaldakı Parsabad şəhərində bu vaxtadək Araz çayının suyu içməli su qismində istifadə olunur. Bundan əlavə sudan təsərrüfat məqsədləri ilə geniş istifadə edilir. Ölkədə su problemi ilə bağlı dəfələrlə iğtişaşlar baş verib. Məsələn 2021-ci ilin may-iyun aylarında yer alan genişmiqyaslı aksiyalar nəticəsində 10 nümayişçi həyatını itirib, yüzlərlə insan yaralanıb. Sistan və Bəlucistan, Xuzestan kimi əyalətlərdə kəndlilər suvarma və ev heyvanları üçün yetərli su ehtiyatları olmadığından heyvanları kəsmək və heç də yaxşı durumda olmayan şəhərlərə köçmək məcburiyyətində qalıblar.
Bu kontekstdə, əgər Ermənistan Arazı çirkləndirməyə davam edərsə, bu, çay suyundan suvarma və içməli su qismində istifadəyə qadağaya gətirə bilər. Nəticə etibarı ilə bu səbəbdən İranın şimalında yeni iğtişaşların baş verməsi mümkündür.
Şübhəsiz ki, İran hökuməti su ehtiyatları çatışmazlığı probleminin sosial təlatümlər səbəbinə çevrilməməsi üçün səylər göstərir. Lakin təbii iqlim dəyişiklikləri ilə yanaşı, qonşu Ermənistan tərəfindən çirkləndirmə amili də İranın ekologiyasına yetərincə zərbə vurur. Ölkən su ehtiyatları böhranı ilə mübarizə apararkən, insanlar evlərini və təsərrüfatlarını tərk etmək məcburiyyətində qalarkən, Ermənistan İran üçün Araz çayı kimi vacib olan su mənbəyini çirkləndirməyə davam etməklə vəziyyəti daha da mürəkkəbləşdirir. Konkret olaraq, İranın energetika naziri Reza Ardakaninanın dediklərinə görə, İran artıq neçə ildir, həm Qafqazda, həm də İranda ən vacib çaylardan olan Arazın Ermənistan tərəfindən çirkləndirilməsi prosesinin dayandırılmasına çalışır, lakin bu səylər nəticə vermir. Araz çayı Ermənistan tərəfindən sistematik olaraq çirkləndirilir.
2021-ci ildə məlum olub ki, İran və Aqarak mis-molibden kombinatının birgə işçi komissiyası yaradılıb. Komissiya sözügedən müəssisə tərəfindən Araz çayının çirkləndirilməsini araşdırmalı idi. Qeyd etmək lazımdır ki, Ermənistanın yeddinci ən iri vergi ödəyicisi olan Aqarak mis-molibden kombinatı öz tullantılarını bilavasitə Araz çayına axan Mehri çayına atır.
Həmçinin transsərhəd çayı olan Oxçuçayın çirkləndirilməsi faktı dəfələrlə həm Azərbaycan, həm İran tərəfindən qaldırılıb. Qacaran mis-molibden təmizləyici qurğunun tullantıları, habelə məişət tullantı suları Oxçuçaya atılır, nəticədə bu, çayda ağır metal birləşmələrinin çoxalmasına gətirib çıxarır. Araz Azad iqtisadi zonasının rəhbəri Mohsen Narimar hələ 2021-ci ildə bəyan etmişdi ki, İran və Ermənistan Araz çayının çirkləndirilməsinin monitorinqi üzrə işçi qrupunun fəaliyyətini bərpa edəcəklər.
Lakin ölkələr monitorinqlər aparsa da, birgə komissiyalar yaratsa da, regionun ən önəmli çayı İrəvanın acgözlüyü üzündən çirkləndirilməkdə davam edir. Ya Ermənistan ekoloji terroru təmizləyici qurğuları inşa etmək üçün yetərli arqument saymır, ya da sadəcə ərazisində yerləşən zavodlara nəzarət edə bilmir.
Qeyd etmək lazımdır ki, rəsmi Bakı da dəfələrlə regionun ekoloji durumunu kritik həddə yaxınlaşdıran Ermənistanın məsuliyyətsiz mövqeyindən narazılığını ifadə edib. Son aylar ərzində İrana səfərləri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Baş prokuroru Kamran Əliyev Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi problemi ətrafında müzakirələr aparıblar.
İran şübhəsiz ki, vəziyyətin daha da pisləşməməsi üçün tədbirlər görür, lakin bu yetərlidirmi? Və İran həm iqtisadi böhran, həm də Ermənistan tərəfindən çirkləndirmə və ardınca gələcək fəsadlarla təkbaşına mübarizə apara biləcəkmi? Su ehtiyatlarının çatışmazlığı həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda münaqişələrə səbəb olar bilər, çünki belə problemlə İranın digər qonşuları da üzləşir.
Belə olan halda İran hökumətinə haqlı sual yaranır: Qafqaz çaylarının şirin sularını çirkləndirən Ermənistana münasibətdə nə vaxt aktiv tədbirlər görəcək?
Tehsil-press.az