“Bilirsiniz ki, uzun illər ərzində Azərbaycan xarici siyasətinin prioritetinin əsasını bütün ölkələrlə, xüsusi olaraq qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlıq, dostluq münasibətlərinin qurulması və onun inkişaf etdirilməsi təşkil edir. Bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib. Son illər ərzində bilirsiniz ki, iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib. Şimal Dəniz Dəhlizi, Araz çayı üzərində böyük layihələr və birgə iqtisadi yatırımlar olub. Bu sahədə böyük işlər görülüb”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında bildirib.
“Qeyd etdiyimiz kimi, bir neçə ay bundan öncə bir sıra məqamlar mövcud olub. Onlar əsasən Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların daxil olması ilə bağlı idi. Bununla bağlı olaraq bizim narahatlığımız İran tərəfinə çatdırılıb. Bu istiqamətdə mesajlar verilib. Buna baxmayaraq, belə hallar davam edib.
Daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri həyata keçirilən zaman İran şirkətlərinə məxsus iki avtonəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olma faktları aşkar edilib. Həmin sürücülər saxlanılıb, maşınlar müsadirə edilib. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirilib. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olunub. İranın şəhərsalma və nəqliyyat nazirliyi daxilində olan müvafiq qurum tərəfindən rəsmi açıqlama verilib. Eyni zamanda, Azərbaycan tərəfinin humanist addımı nəticəsində həmin iki sürücü sərbəst buraxılıb və nəqliyyat vasitələri İran tərəfinə verilib.
İki ölkə arasında, xüsusilə yaxın qonşular arasında başa düşürük ki, hansısa məsələlər, hansısa fikir ayrılıqları ola bilər. Azərbaycan hər zaman bütün məsələlərin dialoq, qarşılıqlı münasibət, qarşılıqlı hörmət, bir-birilərinin işlərinə qarışmamaq prinsipləri əsasında qurulmasının və onun həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə də işlər davam edəcək. Son həftələrdə İran tərəfindən də bu istiqamətdə müsbət mesajlar səsləndirilib. Biz həmin o mesajları müsbət qarşılayırıq. Bizim məqsədimiz də məhz ondan ibarətdir ki, İran dövləti ilə də münasibətlərimiz keçmişdə olduğu kimi müsbət müstəvidə inkişaf etsin”, - deyə XİN rəhbəri əlavə edib.
Tehsil-press.az