Ceyhun Kərəmov: Növbəti dörd il ərzində peşə məktəblərinə tələbə qəbulunda 11 min nəfər artım olacaq

Ceyhun Kərəmov: Növbəti dörd il ərzində peşə məktəblərinə tələbə qəbulunda 11 min nəfər artım olacaq 2022-2026-cı illərdə peşə təhsili sistemində tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaq. Bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Bunu “Media və təhsil dialoqu” mövzusunda təlim-seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov söyləyib.
“Peşə təhsilindən gözləntilər” mövzusunda təqdimatla çıxış edən Ceyhun Kərəmov yüksək texniki peşə təhsili ilə əhatə edilmiş tələbə sayının 9200 nəfər artacağını deyib. Qeyd edib ki, 400 nəfər peşə təhsilində qısamüddətli təlimlərə cəlb olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər