Peşə təhsilində Sinqapur təcrübəsi öyrənilir

Peşə təhsilində Sinqapur təcrübəsi öyrənilir Peşə Təhsili üzrə Dövlət Agentliyinin Asiya İnkişaf Bankı və Sinqapur Texniki Təhsil İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində peşə təhsili sahəsində çalışan idarəedici işçilər və rəhbərlər üçün təlim proqramı keçirilir.
İyulun 18-dən 29-dək davam edəcək təlim Sinqapur təcrübəsi və modelinə həsr olunub. Peşə və ömür boyu təhsil xidmətləri sahəsində nüfuzlu qurum kimi tanınan Sinqapur Texniki Təhsil İnstitutunun təlim proqramı müxtəlif sahələri əhatə edir.
Təlimin açılışında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov və Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin Sosial məsələlər bölməsinin rəhbəri Ray Hiraoka çıxış edərək peşə təhsilinin ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyətini və qarışıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Proqram “Uğurlu peşə təhsilinin inkişafı – Sinqapur təcrübəsi”, “Peşə müəssisələrində maliyyə planlaması və idarəedilməsi”, “Peşə müəssisələrinin infrastrukturunun dizaynı”, “Peşə təhsilində akademik planlama”, “Keyfiyyətli peşə təhsili məzmunu”, “Peşə təhsilində pedaqoji heyətin inkişafı”, “Sinqapur ağıllı sənaye hazırlığı” və “Sənayelər arası peşə təhsili” modullarından ibarətdir. Təlimlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, peşə təhsil müəssisələrinin o cümlədən Təhsil Nazirliyi sisteminə daxil olan digər qurumların əməkdaşları iştirak edəcək.

Tehsil-press.az




Oxşar xəbərlər