Orqan transplantasiyası sahəsində fəallıq bərpa olunub. 2021-ci ildə bu göstərici 13,6 faiz artıb. Donorluq və transplantasiya proqramlarının COVID-19 ilə bağlı vəziyyətə uyğunlaşdırılması sayəsində əksər ölkələrdə fəallığı bərpa etmək mümkün olub.
Bu fikirlər Milli Transplantasiya Təşkilatının (ONT) Donorluğa və transplantasiyaya aid Qlobal Məlumat Bazasının hesabatında əksini tapıb. Müvafiq məlumatlar hər il Avropa Şurasının transplantasiyaya dair informasiya bülletenində toplanır.
Qlobal Məlumat Bazası orqan donorluğuna İspaniyanın mühüm töhfəsini əks etdirir: keçən il Avropa İttifaqında donor orqanlarının 22 faizi və dünyada 5 faizi Krallığın payına düşüb. Halbuki bu ölkənin sakinlərinin sayı Avropa əhalisinin cəmi 10,6 faizini və dünya əhalisinin 0,6 faizini təşkil edir.
Transplantasiya fəallığına gəldikdə 2021-ci ildə İspaniyada əhalinin hər milyon nəfərinə 102,4 transplantasiya düşür. Bu göstərici üzrə İspaniya yalnız ABŞ-dan geri qalır: ABŞ-da müvafiq əmsal əhalinin hər milyon nəfərinə 126,8-dir.
Qlobal Məlumat Bazasında göstərilir ki, 2022-ci il avqustun 20-nə olan məlumata görə, informasiya bülleteninin bu buraxılışında iştirak etmiş 79 ölkədə 2021-ci ildə 139.040 transplantasiya əməliyyatı, o cümlədən 33.105 qaraciyər, 8.232 ürək, 6.301 ağciyər, 1,986 mədəaltı vəzi və 172 bağırsaq köçürməsi aparılıb. Bu transplantasiyalar həm canlı, həm də vəfat etmiş donorlar sayəsində mümkün olub.
Tehsil-press.az