Emin Ağalarov: "Vətən qoruyucularına güc və mərdlik arzulayırıq!"

Emin Ağalarov: Azərbaycanın Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabından Azərbaycanla bağlı paylaşım edib.
Müğənni Kəlbəcərdə verdiyi konsertdən görüntülər paylaşaraq, ordumuza dəstəyini bu sözlərlə nümayiş etdirib.
"Bu yaxınlarda vətənimizin gözəl guşələrindən biri olan Kəlbəcərdə, cəsur hərbiçilərimiz üçün populyar artistlərlə birgə konsert vermişdik. Bu gün isə münaqişənin yenidən başlanması ilə bağlı Vətən qoruyucularına güc və mərdlik arzulayırıq! Azərbaycan sizinlədir".

Tehsil-press.az


Oxşar xəbərlər