Bu yay da Bakıda “Jara” olmayacaq - Video

Bu yay da Bakıda “Jara” olmayacaq - Video Bu il 28 iyul – 1 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb.
Bu barədə tədbirin təşkilatçılarından biri – Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, instaqramda video paylaşaraq, “Jara”nın 23-27 iyun tarixlərində ilk dəfə Rusiyanın Moskva şəhərində keçiriləcəyini açıqlayan Eminə izləyiciləri festivalın Bakıda baş tutub-tutmayacağı barədə suallar ünvanlayıb. Xalq artisti şərhlərdən birinə “təəssüf ki, yox” deyə cavab verib.
Bundan başqa, Ağalarov Bakıdakı “Jara”da iştirak üçün alınan biletlərlə Moskvadakı tədbirə qatılmağın mümkün olduğunu bildirib.
Xatırladaq ki, ötən il Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.



Tehsil-press.az

Oxşar xəbərlər