Kraliça II Elizabetin ölümündən sonra Şotlandiyanın Böyük Britaniyadan ayrılmasını istəyənlərin sayı 42 faizə qədər azalıb, halbuki Boris Consonun baş nazir olduğu dövrdə həmin mövqe üstünlük təşkil edirdi.
Bu məlumat “Deltapoll” tədqiqat agentliyinin “The Scottish Sun” nəşri üçün keçirdiyi sosioloji rəy sorğusunun nəticələrində yer alıb.
Agentliyin 659 şotlandiyalı seçici arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 47 faiz Böyük Britaniyanın tərkibində yaşamaq istəyir. Həmçinin rəyi soruşulanların 28 faizi monarxın ölümündən sonra Birləşmiş Krallığın daha sız birləşəcəyinə inanır, 18 faizi bunun əksini düşünür.
“Panelbase” analitika təşkilatının iyun ayında “The Sunday Times” qəzeti üçün keçirdiyi sorğuda isə şotlandiyalıların 48 faizi müstəqilliyin lehinə, 47 faizi əleyhinə olduğunu bildirmişdi.
Bir müddət öncə Şotlandiya hökumətinin rəhbəri Nikola Stercen 2023-cü il oktyabrın 19-da regionun Böyük Britaniyadan ayrılması ilə bağlı yeni referendumun keçirilməsini təklif edib. Bundan əvvəl - 2014-cü ildə baş tutan referendumda şotlandiyalıların 55 faizi Edinburqla London arasında ittifaqın qalmasına səs verib. Buna baxmayaraq, Nikola Stercenin təmsil etdiyi Şotlandiya Milli Partiyası Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi səbəbindən yeni səsvermənin zəruriliyində israrlıdır. Belə ki, 2016-cı ildə keçirilən referendumda Birləşmiş Krallıq Aİ-dən ayrılmağa səs versə də, şotlandiyalılar Brexit prosesinə qarşı çıxmışdı.
Tehsil-press.az