Şotlandiyada müstəqillik barədə ikinci referendum gələn il keçirilə bilər

Şotlandiyada müstəqillik barədə ikinci referendum gələn il keçirilə bilər Şotlandiyanın birinci naziri Nikola Stercen 2018-ci ilin payızında Böyük Britaniyadan ayrılmaq barədə ikinci referendumun keçirilməsini istisna etməyib. Bu barədə o, BBC telekanalına müsahibəsində bildirib.
Tehsil-press.az xəbər verir ki, birinci nazir referendum barədə yekun qərarın hələlik qəbul edilmədiyini də diqqətə çatdırıb. “Mən heç bir variantı istisna etmirəm, lakin ölkə üçün düzgün saydığım templə hərəkət edəcəyəm”, - deyə xanım siyasətçi əlavə edib.
Xatırladaq ki, Şotlandiyada artıq 2014-cü ilin sentyabr ayında müstəqillik barədə referendum keçirilib. Səsvermənin nəticəsinə əsasən, o vaxt əhalinin 55,3 faizi ölkənin Birləşmiş Krallığın tərkibindən çıxmasının əleyhinə səs verib.

Tehsil-press.az

Oxşar xəbərlər