Rusiyada əcnəbilərin hərbi xidmətə qəbuluna başlanacaq. Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Rusiya paytaxtının meri Moskvadakı “Saxarovo” miqrasiya mərkəzində əcnəbilərin ölkənin silahlı qüvvələrində xidmətə qəbulu üçün şərait yaradılacağını bildirib. “Şəhərin xidmət orqanları müqavilələrin bağlanmasının vətəndaşlar üçün maksimum rahat olmasına çalışacaqlar”, - deyə S.Sobyanin vurğulayıb.
Şəhərin meri xatırladıb ki, Dövlət Duması Rusiya vətəndaşlığının alınmasını asanlaşdıran qanun qəbul edib. Qanuna əsasən, Rusiya Silahlı Qüvvələri ilə birillik müqavilə bağlayan şəxslər asanlaşdırılmış yolla vətəndaşlıq ala bilərlər.
Tehsil-press.az