Azərbaycan Dillər Universitetində (ADU) Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutu (EUNIC Azerbaijan) tərəfindən “Avropa Dilləri Günü və Bakıda ədəbiyyat gecəsi” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, universitetin professor-müəllim heyəti, Avropa ölkələrinin səfirləri, BMT, Avropa İttifaqının və UNESCO-nun nümayəndəlikləri iştirak edib.
Bakıda fəaliyyət göstərən Avropa dil və mədəniyyət mərkəzlərinin tələbələri müxtəlif Avropa dillərindən tərcümə olunan şeir və kiçik hekayələri Azərbaycan dilində oxuyublar.
Tədbirin davamı olaraq Latviya və Çexiya səfirliklərinin birgə əməkdaşlığı ilə axşam saat 20:00-da Landmark Orange Grove məkanında Bakıda ilk ədəbiyyat gecəsi keçiriləcək.
Qeyd edək ki, tədbir “EUNIC Azerbaijan” tərəfindən təşkil olunur. “EUNIC Azerbaijan Cluster” 2020-ci ilin fevral ayında Avropa və Azərbaycan mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdırmaq məqsədilə yaradılıb.
Tehsil-press.az