ADU: Latviya və Çexiyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması imkanları müzakirə olunub

ADU: Latviya və Çexiyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması imkanları müzakirə olunub Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Latviya səfirliyinin missiya başçısının müavini Viya Buşa, mədəniyyət, təhsil və iqtisadi məsələlər üzrə müşaviri Elmira Mirzəyeva və Çexiyanın ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Daniel Putiklə görüşüb.
Rektor qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağında tədris olunan dillər haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetində 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Rusiya, Serbiya, Pakistan, Çin və Rumıniyada Azərbaycan mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir. Bu mərkəzlər xalqları daha da yaxınlaşdırır, tarix və mədəniyyətin öyrənilməsində mühüm rol oynayır.
Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin gələcək əməkdaşlığın daha da genişlənməsinə inam ifadə olunub, Avropa Dilləri Gününün ADU-da qeyd olunması haqqında danışılıb, Latviya və Çexiyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması imkanları müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər