ADU-nun kafedra müdiri vəfat etdi

ADU-nun kafedra müdiri vəfat etdi Azərbaycan Dillər Universitetinin professoru vəfat edib.
Universitetin Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Gülnar Hüseynzadə bu gün həyatını itirib.
68 yaşlı G.Hüseynzadə 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili bölməsini bitirib.
Alim Təhsil Nazirliyinin elmi-metodik şurasının Avropa dilləri və ədəbiyyat bölməsinin, Təhsil Problemləri İnstitutunun pedaqogika və psixologiya problemləri üzrə Elmi Şurasının, ADU-nun Elmi Şurasının, ADU-nun nəzdində doktorluq dissertasiyası Şurasının, ADU-nun nəşri olan “Elmi əsərlər”in idarə heyətinin üzvü olub.

Tehsil-press.az


Oxşar xəbərlər