Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
Ümumi təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, dəyirmi masa, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri, intellektual oyunlar, fləşmob və idman yarışları keçirilib.
Qalibiyyət və vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, Vətən müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşərək Vətən müharibəsində tarixi Zəfəri təmin ediblər. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad edilməsi üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.
Bundan başqa, şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə ekskursiyaları təşkil olunub, həmçinin təhsil müəssisələrində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib.
Tehsil-press.az