Sentyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə mərasim keçirilib.
Pedaqoji Universitetin rəhbərliyi və müvafiq struktur bölmələri rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhadətə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən universitetin rektoru professor Cəfər Cəfərov bildirib ki, Vətən uğrunda canından keçən müqəddəs şəhidlərimiz hər birimizin qəlbində daim yaşayacaq. Vətən müharibəsində şəhid olmuş üç min nəfərə yaxın qəhrəman övladlarımız arasında ADPU-nun da tələbə və məzunları yer alır. Universitetin 12 nəfər tələbə və məzunu Vətən müharibəsində şəhadətə yüksəlib.
Tehsil-press.az