Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib.
Paytaxt məktəblərində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “20 Yanvar sınağı: Azərbaycançılıq nümunəsi”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda konfrans, seminar, mühazirə və dəyirmi masalar, bədii qiraət gecələri təşkil edilib.
Tədbirlərdə BŞTİ-nin rəhbərliyi, idarənin əməkdaşları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.
Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Təhsil müəssisələrində xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər, kitab, foto və rəsm sərgiləri, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Tehsil-press.az