Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə qazilər, institutun əməkdaşları və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Sonra Aİİ-nin tələbəsi tərəfindən şəhidlərimizin xatirəsinə Qurani-Kərimin tilavəti təqdim edilib.
Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən və şəhid övladlarının iştirakı ilə hazırlanmış “Şəhid övladlarının zəfər sədası” adlı kompozisiya nümayiş olunub.
İnstitutun İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova çıxış edərək, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb.
E.Əzizova şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu vurğulayıb.
Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Dəyanət Məmmədov torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimizin fədakarlığından, şücaətlərindən bəhs edib. Vətən müharibəsi iştirakçısı baş gizir, kəşfiyyatçı Amil Əbilov və baş çavuş Ayaz Allahverdiyev Böyük Qələbəmizin tariximizin qəhrəmanlıq səhifəsinə daxil olduğunu bildiriblər.
Tehsil-press.az