BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri Anım Günü ilə bağlı bədii-musiqili kompozisiya təqdim ediblər

BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri Anım Günü ilə bağlı bədii-musiqili kompozisiya təqdim ediblər Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəb-Lisey Kompleksinin direktoru dosent İlahə Carçiyeva bildirib ki, xalqımızın Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanması ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində həlledici rol oynadı. Vətən müharibəsi şəhidləri bizə Zəfər Gününü bəxş etdilər.
Vurğulanıb ki, şəhidlərin ömür yolu bütün gənclərimizə örnəkdir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini həmişə yaşatmaq, onları gəncliyə nümunə göstərmək hamımızın vətəndaşlıq borcudur.
Məktəbin şagirdlərinin iştirakı ilə vətənpərvər ruhda hazırlanmış bədii-musiqili kompozisiya təqdim olunub.
Qeyd edək ki, məktəbdə Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, onların məzarları ziyarət olunub, həyat və mübarizə yollarını əks etdirən videobülletenlər hazırlanıb, həmçinin bütün siniflərdə ədəbi-bədii kompozisiyalar, şeir, inşa, rəsm, təqdimat müsabiqələri, sərgilər keçirilib. Sonda həmin tədbirlərdə fəal iştirak edən şagirdlərə diplomlar təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər