BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə tədbir: Şəhidlərin xatirəsi əbədiyaşardır...

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə tədbir: Şəhidlərin xatirəsi əbədiyaşardır... Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Şəhidlərin xatirəsi əbədiyaşardır...” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə kollecin direktoru Səhər Orucova çıxış edərək Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb.
O, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti ilə Vətən müharibəsi zamanı torpaqlarımızın düşmən işğalından azad edildiyini, böyük Zəfər qazandığımızı bildirib. Qeyd olunub ki, böyük Zəfərlə xalqımız sonsuz qürur duyur.
S.Orucova kollecin şəhid məzunları Novruz Həsənov, Elgün Muradov, Nicat Səmədov haqqında danışaraq, bütün şəhidlərimizin əziz xatirəsinin ürəklərdə yaşayacağını vurğulayıb.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hüseynov Azərbaycan Ordusunun əks-hücum əməliyyatından bəhs edib. Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqlar göstərdiyini söyləyib.
Kollecin şəhid məzunu Nicat Səmədovun anası Pərvanə Səmədova oğlunun uşaqlıq və tələbəlik illərindən, arzularından söz açaraq, onunla fəxr etdiyini deyib.
Şəhidlərə həsr olunan şeirlər səsləndirilib.
Sonra direktor S.Orucova şəhid Nicat Səmədovun ailəsi ilə görüşüb.

Tehsil-press.az


Oxşar xəbərlər