Bakı Dövlət Universitetinin (BDU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Nicat Əhmədovun xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Şəhid Nicat Əhmədovun təhsil aldığı 229 nömrəli orta məktəbdə təşkil olunan tədbirdə şəhid anaları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, universitetin bir qrup əməkdaşı və tələbələri iştirak ediblər.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şəhid Nicat Əhmədovun təhsil aldığı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov çıxış edərək Nicat Əhmədovun Vətən yolunda düşmənə qarşı fədakarlıqla vuruşaraq şəhidlik zirvəsinə ucaldığını vurğulayıb, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını deyiblər.
Şəhid Nicat Əhmədovun atası Həsən Əhmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad olunduğunu söyləyib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb.
Mərasimdə şəhidin döyüş yolundan bəhs edilib, şagirdlər Vətən, torpaq, qəhrəmanlıq mövzusunda şeirlər söyləyiblər.
Tehsil-press.az