BDU-da Laçının işğaldan azad olunmasının ildönümünə həsr edilən tədbir keçirilib

BDU-da Laçının işğaldan azad olunmasının ildönümünə həsr edilən tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Laçın rayonunun işğaldan azad olunmasının ildönümünə həsr edilən tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə “BDU Könüllüləri”nin Kitabxanaçılıq-informasiya fakültəsi üzrə əlaqələndiricisi Diləfruz Ağamalıyeva ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunduğunu, böyük Zəfər qazandığımızı vurğulayıb.
Tədbirdə BDU könüllüsü Vüsal Məmmədovun hazırladığı “Azad Laçın” videoçarxı nümayiş etdirilib.
BDU-nun professoru Xəlil İsmayılov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan, qazi anası Zöhrə Camalova, Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi, qazi Xəqan Məmmədov 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin əhəmiyyətindən, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq tədbirlərindən bəhs ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər