Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ölkə ərazisində qalan və təhsil alan əcnəbi tələbələrin oktyabrın 12-dən sonra oranı tərk etməli olması barədə məlumatın doğru olmadığını açıqlayıb.
Rusiya universitetlərində təhsil alan tələbələrin ölkəni tərk etmələrinin tələb olunacağı faktı bəzi “Telegram” kanalları və bölgələrdəki KİV tərəfindən açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatı təkzib edib.
Bundan əvvəl dövlət universitetlərinin əyani şöbəsində ehtiyatda olmayan tələbələrin xaricə səfər etdikləri zaman universitetdən arayış təqdim etməli olacaqları bildirilib. Əgər tələbə ehtiyatdadırsa, o, hərbi komissarlıqdan icazə almalıdır.
Tehsil-press.az