Rusiya ali təhsil müəssisələrində birinci kursa daxil olan əcnəbi tələbələr bu ay ölkə ərazisinə daxil ola bilərlər.
Bu barədə Təhsil və Elm naziri Valeri Falkov “Vahid Rusiya” fraksiyasının iclasında deyib. O bildirib ki, söhbət sərhədlərin açıldığı ölkələrin tələbələrindən gedir:
“Biz sentyabrda birinci kurslara qurulmuş alqoritmə uyğun olaraq Rusiyaya gəlmək imkanı yaradırıq. Yalnız sərhədlərin açıldığı dövlətlərdən gələn tələbələrə...”.
Falkovun sözlərinə görə, alqoritm üzrə ölkəyə 25 min birinci kurs tələbəsi gələcək. Bu həftə artıq bu sayın təsdiqlənməsi planlaşdırılır.
Yuxarı kurs tələbələrinin isə Rusiya ərazisinə daha sonra buraxılması planlaşdırılır. Lakin təhsilini başa vurmuş tələbələrin Rusiyadan çıxışına icazə yoxdur. Rusiya XİN rəhbəri Sergey Lavrovun daha əvvəlki açıqlamasına görə, təhsilini başa vurmuş əcnəbi tələbələrin Rusiyanı tərk etməsi məsələsi bir ay ərzində həll olunmalıdır.
Tehsil-press.az