Rusiya bu ölkədəki konsulluq xidmətlərini dayandırdı

Rusiya bu ölkədəki konsulluq xidmətlərini dayandırdı Rusiyanın Podqoritsadakı səfirliyi 6 diplomatın persona non-qrata elan edilməsindən sonra Monteneqrodakı konsulluq xidmətlərini dayandırdığını açıqlayıb. Səfirlikdən verilən açıqlamada konsulluq xidmətlərinin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.
“30 sentyabr 2022-ci il tarixindən etibarən konsulluq xidmətlərimizi dayandırırıq. Konsulluq əməliyyatlarınız üçün qonşu ölkələrin səfirliklərinə müraciət edə bilərsiniz”, - açıqlamada qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər