Rus diplomatlar İngiltərəni tərk etdi

Rus diplomatlar İngiltərəni tərk etdi Bu gün Rusiya diplomatları İngiltərədəki Skripal hadisəsinə görə Rusiyanın Londondakı səfirliyindən 3 avtobusla ayrılıblar.
Konsulluq işçiləri və ailələri deportasiya edilən diplomatları yola salıblar.
Yaxın zamanda da İngiltərə diplomatlarının Rusiyanı tərk etməsi gözlənilir.
Qeyd edək ki, martın 14-də Tereza Mey açıqlamasında Skripal hadisəsinə görə Rusiyanı günahlandıraraq, 23 rus diplomatının Britaniyadan çıxarılacağını bildirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər