Avropada "meymun çiçəyi" virusuna yoluxanların sayı 24 mini keçib

Avropada "Meymun çiçəyi" virusu yayılmaqda davam edir. Qitədə yayılan epidemiya ilə bağlı son məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölgəsinin saytında dərc edilən "meymun çiçəyi" ilə bağlı yenilənmə hesabatında paylaşılıb.
Hesabatda 27 sentyabr tarixinə Avropada yoluxma sayının 24 622-yə yüksəldiyi, ÜST-nin Avropa regionunda 44 ölkədə virusun mövcud olduğu bildirilib. Əksəriyyəti 31-40 yaş arasında olan kişilərin 96 faizinin eyni cinslə cinsi əlaqədə olan kişilər olduğu bildirilib. Xəstələrin 96 faizində virus əlaməti olaraq qızartı və qaşınma, 68 faizində isə yüksək hərarət, yorğunluq və əzələ ağrısı kimi əlamətlər olduğu qeyd edilib. Ən çox yoluxma 7 min 149 nəfərlə İspaniyada, Fransa, İngiltərə və Almaniyada isə 3 mini keçdiyi paylaşılıb.

Tehsil-press.az


Oxşar xəbərlər